AZ

"Sabah" hesabı açdı - YENİLƏNİR

Dünən keçirilən “Səbail” – “Qarabağ” oyunuyla Misli premyer-liqasında 30-cu tura start verildi.

Tura bu gün və sabah keçiriləcək matçlarla yekun vurulacaq. Qalan görüşlər də “CBC Sport”un efirində canlı yayınlanacaq.

Misli premyer-liqası
4-cü dövrə, 30-cu tur
12 aprel
Turan Tovuz – Sabah 0:1

Anatoli Nuroyev, 14
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 5:+1=1-3, 5:7.
2022/23 – 0:1, 0:2; 2023/24 – 2:3, 2:0; 2024/25 – 1:1.
Cəzalılar: Veysəl Rzayev (Turan Tovuz), İvan Lepinitsa (Sabah).
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz, şəhər stadionu. Saat 17.00.

“Turan Tovuz” 5, “Sabah” isə 7 oyunluq qələbə həsrətinə son qoymaq niyyətindədi. Bu üzdən kimin daha şanslı olduğunu demək çətin olsa da, meydan sahiblərinin “doğma divarlar” arasında qələbə qazanmaqdan başqa çarəsi yoxdu. Kurban Berdıyevin komandası 4-cü pillədəki yerini möhkəmlətmək və 3-cü sıraya yüksəlmək ehtimalını artırmaq üçün döyüşməlidi. İş orasındadı ki, Masazır təmsilçisi də meydana “ağ bayraq” ilə çıxmayacaq. “Bayquşlar” mümkün qələbnin mövsümü ilk “dördlük”də bitirmək üçün ciddi şans olduğunun fərqindədi. Tovuzda zəfər çalmaq vacibdi ki, komandanın güclü rəqiblərə qarşı daha yaxşı oyun sərgilədiyi məlumdu. Belədə qonşu pillələrdə qərarlaşan komandaların gərgin mövqe savaşı nümayiş etdirəcəyinə şübhə yoxdu.

Komandalar indiyə qədər 11 dəfə qarşılaşıb. Bunların 3-də “Turan Tovuz”, 5-də “Sabah” qələbə qazanıb, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində bərabərlik var – 15:15.

Sumqayıt – Şamaxı
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 23:+7=8-8, 26:29.
2011/12 – 0:2; 2012/13 – 0:0; 2013/14 – 0:2, 0:1; 2014/15 – 0:0, 3:1; 2015/16 – 1:1, 0:1; 2016/17 – 1:2, 2:2; 2017/18 – 3:1, 2:1; 2018/19 – 1:4, 2:1; 2019/20 – 0:0, 2:2; 2020/21 – 0:1, 2:2; 2021/22 – 1:3, 2:0; 2022/23 – 1:1, 1:0; 2024/25 – 2:1.
Cəzalı: Ayxan Süleymanlı (Sumqayıt).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Şirməmməd Məmmədov, Əkbər Əhmədov.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.15.

Elitada qalmağa çalışan komandaların dueli də çox maraqlı keçəcək. Qonşu pillələrdə qərarlaşan kollektivlərdən qələbə qazanacaq tərəf məqsədinə xeyli yaxınlaşacaqsa, məğlub olanın nigaran günləri davam edəcək. Bu səbəbdən həm meydan sahiblərinin, həm də qonaqların son ana qədər məhz üç xal uğrunda tər tökəcəyinə şübhə yoxdu. Bu yöndə şansların “kimyaçılar”ın yanında olduğunu deyə bilərik. Düzdü, “gənclik şəhəri”nin təmsilçisi ötən həftə “Araz-Naxçıvan”a uduzdu. Lakin bunun futbolçuların ümumi durumuna mənfi təsir edəcəyini düşünmək olmaz. Əksinə, sumqayıtlılar həmin məğlubiyyətdən ilhamlana, taleyüklü matçda vacib xallar qazana bilər. “Şirlər” isə Ayxan Abbasovun U-21 millisinə baş məşqçi təyin edilməsindən bəri uğursuzluq zolağına daxil olub. Bölgə təmsilçisi belə əhəmiyyətli oyunda qalib gəlməklə 3 oyuna çatan qələbə həsrətinə son qoymalı və turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmalıdı.

Bu komandalar indiyə qədər 46 dəfə üz-üzə gəlib. Bunların 13-də “Sumqayıt”, 20-də “Şamaxı” üç xala yiyələnib, 13-də “sülh” qeydə alınıb. Topların nisbətində “şirlər” öndədi – 63:47.

13 aprel
Kəpəz – Araz-Naxçıvan

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 5:+3=0-2, 14:6.
2000/01 – 6:0; 2001/02 – 4:1; 2023/24 – 1:2, 3:1; 2024/25 – 0:2.
Cəzalı: yoxdu.
“Fubol+”in proqnozu: 20-40-40.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz, şəhər stadionu. Saat 17.00.

Təbii ki, premyer-liqadakı yerini qorumağa çalışan “Kəpəz”in azı bir xal uğrunda döyüşməkdən çəkinməyəcəyi əvvəlcədən bəlli idi. Lakin “Sabah” üzərində gözlənilməz qələbə qazanan gəncəlilərin bu matçda meydana daha yaxşı əhval-ruhiyyə ilə çıxacağına şübhə yoxdu. Bu üzdən qonaqları heç də asan sınaq gözləmədiyini deyə bilərik. Həmçinin “sarı-göylər” mövsüm ərzində qazandığı xeyli sürpriz nəticəylə azarkeşlərini sevindirə bilib. İndi uğurların davamını gətirmək lazımdı ki, “Səbail”lə aradakı xal fərqi bir qədər də artsın. “Araz-Naxçıvan”ın məqsədi isə ilk “3-lük”də möhkəmlənmək olacaq. Onsuz da “Turan Tovuz”un uğursuzluqları hesabına yerini qoruyan Muxtar Respublika təmsilçisi bu fürsəti maksimum dəyərləndirməli və avrokuboklara yollanmaq üçün lazım olan vəsiqəni böyük ölçüdə təmin etməlidi.

Bu komandalar indiyə qədər 11 dəfə üz-üzə gəlib. Bunların 6-da gəncəlilər, 4-də naxçıvanlılar qələbə qazanıb, 1-də qalib müəyyənləşməyib. Topların nisbətində “Kəpəz” öndədi – 20:11.

Neftçi – Zirə
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 18:+9=6-3, 27:15.
2015/16 – 1:1, 0:0; 2016/17 – 0:1, 1:2; 2017/18 – 1:2, 1:1; 2018/19 – 2:2, 4:2; 2019/20 – 3:0; 2020/21 – 0:0, 4:0; 2021/22 – 2:1, 1:1; 2022/23 – 2:1, 1:0; 2023/24 – 1:0, 1:0; 2024/25 – 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı, “Neftçi Arena”. Saat 19.15.

Yuxarıdakı statistikadan da göründüyü kimi, “Neftçi” “evdə “Zirə”yə sonuncu dəfə 2017/18 mövsümündə uduzub. Bu o deməkdi ki, “ağ-qaralar” zəif və ya güclü mövsüm keçirməsindən asılı olmayaraq, “doğma divarlar” arasında “qartallar”ı görürsə, mərhəmət hissini itirir. Elə “Zirə” də bu baxımdan bütün rəqiblərinə meydan oxumağa qadir olsa da, “Neftçi”nin önündə aciz görünür. Bu dəfə də meydan sahiblərinin uğurlu seriyanı davam etdirmək və xal ehtiyatını artırmaq ehtimalı var. Qəsəbə təmsilçisi buna mane olmaq və 2-ci pilləni qorumaq uğrunda döyüşəcək. Hər halda, paytaxt derbisində intriqanın və təhlükəli epizodların yüksək səviyyədə olacağını proqnozlaşdırmağa dəyər.

Bu komandalar indiyə qədər 37 dəfə qarşılaşıb. “Neftçi” və “Zirə” hərəyə 14 qələbə qazanıb, 9 matçda bərabərlik qeydə alınıb. Topların nisbətində “ağ-qaralar” öndədi – 42:37.

Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// Son 3 oyunda meydan sahibi olan tərəf qalib gəlib. “Şamaxı” son 4 səfərdə qələbə qazanmayıb.
// Son üç oyunda hər iki komanda qol sevinci yaşayıb. “Turan Tovuz” son 7 qarşılaşmada qol vurub.
// “Araz-Naxçıvan” son 3 oyunda qol buraxmayıb. Naxçıvan təmsilçisi son 4 səfərdə qol vurub.
// “Zirə” son 4 görüşdə qol vurub. “Neftçi” evdə ardıcıl 5 qələbə qazanıb.

KƏNAN BAHADIR

Seçilən
23
football-plus.az

1Mənbələr