AZ

"Futbolla əlaqəsi olmayan “qırmızı” idi" - Vasili Berezutski

“Sabah” Misli premyer-liqasının 30-cu turunda “Turan Tovuz”a məğlub oldu - 2:1.

“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Vasili Berezutski görüş haqda fikirlərini bildirib.

- Demək olar ki, oyunu iki hissəyə bölə bilərik. Futbolçulara təşəkkür etmək istəyirəm. Azlıqda qalmağımıza baxmayaraq yaxşı döyüşdük. Əfsuslar olsun ki, qələbə qazana bilmədik.

- Hakimin idarəetməsini necə dəyərləndirərdiz?
- Mənim üçün çox da aydın olamayan bir şey oldu. Futbolla əlaqəsi olmayan “qırmızı” idi.

- Bundan sonra yeganə motivasiya kubok olacaq?
- Əlbəttə ki, ruhdan düşməyəcəyik. Hazırda bizim üçün avrokuboklara qatılmaq kubok yolu ilə prioritet görsənir.

- Bu gün 2 mütəxəssisin duelini gördük. Berezutski bu gün “rus masası"nda uduzdu yoxsa meydanda?
- Əlbəttə ki, taktiki planlardan danışmaq çox çətindi. Qırmızı vərəqəyə qədər hesabda öndə olan komanda biziydik.

- Komandada qalıb işinizi davam etsəz, bundan daha yaxşı “Sabah” görə bilərikmi?
- Əlbəttə.

ƏSƏD SEYİDOV

Seçilən
17
football-plus.az

1Mənbələr