Türkiyə dünyanın 185 ölkəsinə 230 çeşiddə hərbi mal satır. Bu baxımdan Türkiyə dünyada 11-ci yerdə qərar tutub. Qardaş ölkənin 3.500 hərbi şirkətinin 1.600-ü xarici ölkələrə mal göndərir. Hazırda Türkiyədə hərbi təyinatlı 1.100 layihə üzərində iş gedir. ASELSAN, HAVELSAN, ROKETSAN və Türk Aerokosmik Sənayesi bu işin öncülləri sırasındadır. 2010-cu ildə dünyanın 100 ən böyük silah istehsal edən şirkəti arasında yalnız 1 Türkiyə şirkəti vardı. İndi isə onların sayı 8-dir.
Avropanın ən döyüşkən ordusu olan Prussiya ordusuna 30 il rəhbərlik etmiş Helmut Karl Bernhard fon Moltke (1800-1891) də türk ordusundan heyranlıqla söhbət açıb: “Türkün ruhu yenidən parlayacaq. Silahdan istifadə etmək üçün yaranmış bu qəhrəman xalq tarixdə əvvəlki əzəməti ilə yenidən doğulacaq”.
Elbəyi Həsənli. Sürix
MİA.AZ