AZ

Dəm qazı can almağa davam edir: Bəs bu gözəgörünməz təhlükədən necə qorunmaq olar? 

2025-ci ilin ilk üç ayı ərzində dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 33 nəfər qəbul edilib. Azərbaycanda dəm qazı zəhərlənmələri əhali üçün sözün əsl mənasında təhlükə mənbəyinə çevrilib. Dəm qazından zəhərlənməni önləmək üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib ki, dəm qazından zəhərlənmələr ən çox cənub zonasında baş verir. Partlayışlar olur. Dəri yanıqları ilə bağlı müraciətlərin sayı da artıb:

“Qazla su qızdırıcılarından (Pitiminutka) qaz sızması baş verir. Bu hal zəhərlənməyə gətirib çıxarır. Tövsiyə edilir ki, bu kimi alətlər evin içərisində, hamam otağında deyil, çöldə qurlaşdırılsın. İnsanlar daha diqqətli olmalıdır.”

Həkim-terapevt qeyd edir ki, evdən çıxanda qazı yoxlamaq mütləqdir:

“Hətta evdən çıxanda interneti də söndürmək tövsiyə olunur. Çünki qısa qapanma ola bilər. Kombi istifadə edən şəxslər belə, gündə bir dəfə kombilərinə nəzarət etməlidirlər.”

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
40
konkret.az

1Mənbələr