AZ

Simonyan: “Sarkisyanın tənqidi hakimiyyətin xeyrinədir”

AzVision.az xəbər verir ki, jurnalistlərə belə deyən Ermənistan parlamentinin sədri Alen Simonyan Sarkisyanı həttanövbəti seçkilərdə iştiraka da dəvət edib.

“Qoy Sarkisyan kampaniyada və debatlarda iştirak etsin”,- Simonyan bildirib.

Parlament müxalifətinin, xüsusən də Serj Sarkisyanın hazırkı hakimiyyətin nümayəndələri haqqında danışarkən işlətməyi sevdiyi“təslimçilər”sözünə gəlincə, Simonyan deyib:“Belə olan halda Serj Sarkisyan “səfildir”. Onun hakimiyyəti dövründə ordu 80-ci illərin silahları ilə təchiz edilmişdi. Eyni zamanda, onlar özləri çətin yollar üçün nəzərdə tutulmuş 2007-ci ildə buraxılan avtomobillərdə gəzirdilər və malikanələrdə yaşayırdılar. Ona görə də, yaxşısı budur ki, danışsın. O, bizə bundan da çox fayda gətirə bilməz”.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
46
azvision.az

1Mənbələr