Qəbələ rayonundan olan şəhid və qazi övladlarının iştirak etdiyi tədbir Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər bu cür layihələrin həyata keçirilməsindən şəhid və qazi övladlarının diqqətdə saxlanılması, onların asudə vaxtının səmərəli təşkili və vətənpərvərliyin təbliğ olunmasında mühüm əhəmiyyət kəsb etməsini qeyd ediblər.
Sonra "Virtual Qarabağ" İKT Mərkəzinin istehsal etdiyi "Mübariz İbrahimov" cizgi filmi nümayiş etdirilib, iştirakçılar arasında keçirilən musabiqədə uşaqlar şeir və musiqi parçaları səsləndiriblər. Sonda qaliblər layihə rəhbəri tərəfindən hədiyyələr və medallarla mükafatlandırılıblar.
![](http://femida.az/photos/22_11_01_1667292343.jpg)