2023-cü ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin daşıdığı ixrac yükləri 2022-ci illə müqayisədə 10,8 % çox olub. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Məlumata görə, ixrac olunan yüklər arasında ən böyük artım sement kilingeri, bitum və qudron; torpaq, qum, gil və təbii daşlar, sintetik qatran və plastik kütləsi məhsullarında qeydə alınıb.
"Azərbaycan Dəmir Yolları” QSC 2023-cü ildə sərnişin daşınmasını 38,4% artıraraq rekord 7,1 milyon nəfərə kimi artırıb.
2022-ci ildə Azərbaycan Dəmir Yolları 5 milyon 136 min sərnişin daşıyıb. Belə ki, 2022-ci illə müqayisədə 2023-cü ildə sərnişindaşıma 38,4% artıb.
Cəmiyyət 2023-cü ildə sərnişinlərin 5%-nin şəhərətrafı istiqamətlərə, 95%-nin isə digər istiqamətlərə daşındığını vurğulayıb.
Aygün
www.anews.az