
Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə tabel silahını təmizləyərkən baş verib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımov həyatını itirib.
Araşdırma aparılır.