AZ

KİV: Son sutka ərzində 1,2 mindən çox qaçqın Myanmadan Taylanda keçib

Myanmadan olan 1,2 mindən çox qaçqın hökumət qüvvələri ilə etnik qruplaşmaların yaraqlıları arasındakı silahlı qarşıdurma səbəbindən son sutka ərzində sərhədi keçərək Taylanda keçib.

“Report” xəbər verir ki, bu barədə TASS “Maticon” qəzetinə istinadən məlumat yayıb.

Məlumata görə, döyüşlər Myanma ərazisində Tak əyalətinin Mesota ilə qonşu olan Myavadi şəhəri ərazisində gedir. Myanma silahlı qüvvələri yaraqlılara qarşı zərbələr endirmək üçün döyüş helikopterlərindən və “MiQ-29” qırıcılarından istifadə edib.

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla