AZ

Bu azarkeşlərdən dünyanın harasında var? – NÜMUNƏVİ VİDEO

Dünyanın harasında əsas rəqibinə darmadağın olan komanda öz azarkeşləri tərəfindən alqışlanır?

Açığı, belə halın yaşandığına və ya yaşanacağına inanmaq çətindir.

“Neftçi” – “Turan Tovuz” qarşılaşmasında bölgə təmsilçisi Bruno Qonçalveşin sayəsində meydan sahiblərinə 0:3 hesabı ilə uduzdu.

Braziliyalı ikinci qol zamanı penaltiyə səbəbkar oldu, ardınca qırmızı vərəqə almaqla komandasını azlıqda qoydu. “Ağ-qaralar” sona yaxın daha bir qol vurub istəyinə çatdı.

Açığı, tovuzlu azarkeşlərin hansısa formada “Turan Tovuz”a etiraz edəcəyini gözləyirdik. Amma əksi yaşandı.

Qonaqlar üçün ayrılmış sektorda yer alan fanatlar komandanı tribunanın qarşısına səsləyib, onları alqışladı. Sanki 3 xalı “Turan” qazanmışdı, “Neftçi” yox.

Futbol bu cəhətləri ilə gözəldir.

Həmin anların görüntüləri “Sportinfo”nun obyektivindən yan keçməyib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla

Reytinq