AZ

Aygün və Namiq illər sonra yenidən... - VİDEO

“Tezliklə mən Aygün Kazımova ilə yeni duetimizi təqdim edəcəyəm”.

"Cebhe.info" publika.az-a istinadən  xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu “İncə səhər” verilişində deyib.

Sənətçi bildirib ki, mayın sonlarında o, Xalq artisti Aygün Kazımova ilə oxuduqları yeni duetlərini dinləyicilərin ixtiyarına verəcəklər:

“Artıq mahnımız aranjiman edilir. Düşünürəm ki, maraqlı bir iş ortaya çıxardacağıq. Sözləri mənim “Arzu tut” mahnımdakı sözləri yazan söz xiridarı Xəyyama məxsusdur. Sözlər bizi çox tutdu, ona görə də bu sözləri seçdik. Sözlərdə həsrət və intizar var. İnsanlara düşünürəm daha doğma gələr. Çox toxunan sözlər var. Bu mahnı toylarda oxuyub bəy-gəlinin oynaması üçün deyil.

Bu mahnı insanları düşünməsi və təsir etməsi üçündür. Bu mahnını dinləyicilər eşidib yaşaya biləcəklər. Biz aprel ayında bu mahnını çıxartmaq istəyirdik. Amma çatdıra bilmədik. İstəyirik ki, yaxşı bir iş olsun. Klipin olub-olmayacağı haqda heç bir şey deyə bilmərəm. Əsas mahnının hazır olmasıdır. Nəğmə mayın sonlarında hazırlanacağı gözlənilir. Bu duet ikimizin qərarı oldu”.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq