AZ

Vaşinqtonda məktəb yaxınlığında silahlı insident

Vaşinqtonda orta məktəb yaxınlığında atəş açılıb, 17 yaşlı şagird xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli polis idarəsi sosial şəbəkədə bildirib.

“İlkin məlumata görə, güllə məktəb binasına tuş gələrək qız şagirdə dəyib”, – məlumatda diqqətə çatdırılıb.

Polis məktəb binasında təhlükəsizliyə birbaşa təhlükə olmadığını açıqlayıb.

Hüquq-mühafizə orqanlarının rəsmisi mətbuat konfransında deyib ki, hadisə şahidləri silsilə atəş səsləri eşidiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının fərziyyəsinə görə, bu, bir neçə nəfər arasında atışma olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
11
Mənbələr
Şərh ()
Bağla