AZ

Qum saatını qurdular - 2028-ci il oktyabrın 28-də İranda...

İsrail şəhərlərində qum saatı üzərində İran bayrağı əks olunan və ayətullah rejiminin sonunun yaxınlaşdığını gösərən nəhəng reklam lövhələri görünməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bilbordlarda molla rejiminin 2028-ci il oktyabrın 28-də məhv olacağı bildirilir.

Lövhələrdə yüz milyonlarla yevangelistin İsrailin arxasında olduğu mesajı da var.

28 oktyabr Əhəməni hökmdarı Böyük Kirlə bağlıdır. “Yerusəlim Post” qəzeti yazır ki, İncilin ibrani versiyasında Kirin adı babillilər tərəfindən sürgün edildikdən təxminən 70 il sonra yəhudilərə vətənlərinə qayıtmağa və Yerusəlimdə (Qüds) yəhudi məbədini yenidən tikməyə icazə verən, hətta onları geri çağıran hökmdar kimi xatırlanır. Nəşr molla rejiminin bu tarixi unutdurmağa çalışdığını bildirir.

Bilbordlara gəlincə, kampaniyanın müəllifi xristian-yevangelist təşkilatı JPT-nin qurucusu Mayk Evansdır. O, “Yerusəlim Post”a İsrailin dostu olduğunu deyib.

“İran radikalizmi getdikcə güclənir. Bu, əlbəttə, İsrail üçün təhlükədir, bu, azad dünya üçün daha pisdir. Buna görə də dünyada yüz milyonlarla yevangelist antisemitizmlə mübarizə aparmağa davam edəcək. İsrailin təhlükəsizliyi və sülhünü təmin edəcəyik”, - Evans bildirib.

Onun sözlərinə görə, kampaniyaya başlamaq qərarı həm İrandakı rejim, həm də İsrail xalqına birmənalı mesaj çatdırmaq istəyindən irəli gəlir:

“Bundan əlavə, kampaniyada fars hökmdarı Kirin qədim irsindən bəhs edilir, ayətullah rejimi isə onun xatirəsini silməyə çalışır. Kir yəhudi xalqının öz vətənlərində müstəqilliyini dəstəkləmişdi. Kirin irsi, eləcə də İran xalqının iradəsinin inkarı tezliklə İranda ayətullah rejiminin sona çatmasına gətirib çıxaracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla

Reytinq