AZ

ESA Günəşin səthini təfərrüatı ilə göstərən video paylaşıb

ESA Günəşin yaxından necə göründüyünü əks etdirən video yayımlayıb.

News24.az xəbər verir ki, Kosmik Agentliyin Günəş Orbiti Günəşin aşağı atmosferindən onun daha isti xarici tacına keçidini görüntüləyib.

Saç kimi strukturlar Günəşin içindən çıxan maqnit sahəsi xətlərini izləyən yüklü qazdan (plazma) ibarətdir.

Ən parlaq bölgələr təxminən bir milyon dərəcə Selsi olsa da, daha soyuq material radiasiyanı udduğu üçün qaranlıq görünürlər.

27 sentyabr 2023-cü ildə Avropa Kosmik Agentliyinin Günəş Orbitatorunda Extreme Ultraviyole Imager (EUI) cihazı tərəfindən çəkilmiş bu video, ESA-nın press-relizində qeyd etdiyi kimi Günəşi təsirli bir yaxın məsafədə göstərir.

O da qeyd edilib ki, bu videonun çəkildiyi gün NASA-nın Parker Günəş zondu Günəş səthindən cəmi 7,26 milyon km uzaqda olub.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla

Reytinq