AZ

Xırdalanda direktorun müəllimlərdən pul tələb etdiyi iddia olunan uşaq bağçası nəzarətə götürülüb

Abşeron rayonunun Xırdalan şəhərində direktorunun müəllimlərdən pul tələb etdiyi iddia olunan uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb…

Bu barədə “Report”un sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısı barədə məlumatlıdırlar:

“Hazırda Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək.

Xatırladaq ki, F.Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısında müəllimlərdən pul tələb etdiyi iddia olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
227
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq