AZ

Hövsanda yol özbaşınalığı: İcra Hakimiyyəti yola verir...

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Çöllük massivindəki məhəllələrin yolu acınacaqlı vəziyyətdədir.

Bu barədə Teleqraf.com-a sakinlər məlumat verib.

Onların bildirdiyinə görə, yayda toz-torpaqdan, qışda isə palçıq əlindən yolda hərəkət etmək mümkün deyil.

“Bir neçə il öncə “Nail” marketə kimi olan yol kənarı məhəllələrin yoluna asfalt çəkilib, amma içəri məhəllələrin yolu yararsız haldadır. Yağış yağandan sonra həm biz sakinlərin, həm də maşınların hərəkəti çətinləşir. Təsəvvür edin, palçığa bata-bata işə getməyə məcbur oluruq”- deyə sakinlər qeyd edib.

Şikayətçi məhəllə sakinləri ötən il bir araya toplaşaraq yolu kəsib etirazlarını bildiriblər. Onlara cavab olaraq Suraxanı Rayon İcra Hakimiyyəti və Hövsan Bələdiyyəsi yolun qısa zamanda asfaltlanacağına söz veriblər.

“Onda İcra Hakimiyyətindən bizə dedilər ki, yollar üç aya təmir olunacaq. Amma üzərindən 1 il ötüb, hələ də heç bir təmir işləri aparılmayıb. Ayrı-ayrılıqda sakinlər dəfələrlə dövlət qurumlarına müraciət ediblər, hamıya söz verib yola salıblar, hələ də gözləyirik…”

Məsələ ilə bağlı Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov saytımıza açıqlamasında bildirdi ki, yolların asfaltlanması Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir:

“Bələdiyyə tərəfindən Rayon İcra Hakimiyyətinə məlumatlar verilib. Rayon İcra Hakimiyyəti də Avtomobil Yolları Dövlət Agentliyinə məlumat çatdırıb. Onlar da mərhələli şəkildə yolları təmir edirlər. Oqtay Şabanov küçəsi qəsəbənin tən yarısıdır, 2019-cu ildən bu günə qədər 150-200 min kvadratmetr yola asfalt vurulub”.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, qəsəbədaxili küçə və yollara agentlik xidmət göstərmir:

“Həmin yollar agentliyin balansında deyil. Agentlik yalnız investisiya proqramları çərçivəsində bu cür ərazilərdə təmir işlərini icra edir. O baxımdan icra strukturları tərəfindən agentliyi məlumatlandırmağa ehtiyac yoxdur. Çünki agentlik balansında olmadığına görə orada hər hansı xidmət göstərməyəcək”.

Anar Nəcəfli bildirib ki, təmir üçün hər hansı yolların investisiya proqramına salınıb- salınmamasında Avtomobil Yolları Dövlət Agentliyi qərarverici orqan deyil:

“Biz öz balansımızda olan yollarla bağlı aidiyyəti üzrə proqrama salınması üçün müraciət edirik, onlar da öz balansında olan yollarla bağlı aidiyyəti üzrə müraciət etməlidirlər ki, investisiya proqramına salınsın. İnvestisiya proqramına salınandan sonra həmin küçə və yolların təmiri agentliyə həvalə olunur. Bir daha qeyd edim ki, investisiya proqramına daxil edilmədən agentlik öz balansında olmayan ərazilərdə hər hansı xidmət göstərmir”.

Yolların taleyi ilə bağlı daha dolğun məlumatı Suraxanı Rayon İcra Hakimiyyətindən almağa çalışdıq. İcra Hakimiyyətinə zəng edib, məsələ ilə bağlı suallarımızı ünvanlayacağımız şəxsləri axtardıq. İdarədən bununla bağlı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva, Rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov, bir də Hövsan inzibati ərazi dairəsi üzrə nümayəndəliklə danışa biləcəyimizi bildirdilər, amma günlərlə həmin şəxslərlə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı, zənglərimizə cavab verən olmadı.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7588
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5146
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4873
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4659
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4427
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2950
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2702
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2670
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2594
Sabah 20 dərəcə isti olacaq
2583
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2260
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2170
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2008
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1664
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1582
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579