AZ

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib.

Rusiya və Çin arasındakı "sərhədsiz tərəfdaşlığın" ABŞ-nin uzunmüddətli planlarına necə təsir etdiyi ilə bağlı sualı cavablandıran Hayns bildirib ki, Amerika kəşfiyyatı bu mövzuda "əhəmiyyətli miqdarda analitik material" təqdim edib.

"Düşünürəm, oxuduqlarınızın çoxu bütün sahələrdə, o cümlədən sosial, iqtisadi, hərbi, texnoloji və s. sferalarda artan əməkdaşlıq və sərhədsiz tərəfdaşlığa işarə edir. Bu, bizim anlayışımıza görə, Amerika hökumətini bir çox aspekt üzrə yeni planlaşdırmaya sövq edən şeydir", - Heyns vurğulayıb.

Eyni zamanda, ABŞ Milli kəşfiyyatı direktoru Rusiya və Çinin "ilk dəfə Tayvanla bağlı birgə təlimlər keçirdiklərini" irəli sürüb:

"Bu, Çinin qəti şəkildə Rusiya ilə əməkdaşlıq etmək istədiyi bir sahədir və biz onların bunu etməməsi üçün heç bir səbəb görmürük".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
2
Mənbələr
Şərh ()
Bağla