AZ

Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Zaqatala, 13 may, AZƏRTAC

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verən qəzanın təfərrüatları məlum olub.

AZƏRTAC xəbər verir ki, Zaqatala şəhəri istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yol ayrıcında dayanan “Niva Chevrolet” markalı minik avtomobillə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yaxınlıqdakı İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidə kompleksinin dəmir məhəccərinə çırpılıb.

Nəticədə “Jiquli”də olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, 44 günlük Vətən müharibəsi qazisi Samir Fəxrəddin oğlu Həsənov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Həmin avtomobildə olan digər iki nəfər - Zaqatala rayon sakinləri, 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev Təcili Tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Hazırda hər iki şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib, müayinə və müalicələri aparılır.

Xəstəxanadan verilən məlumata görə, Zaur Heydərovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

18:10

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, “VAZ 2107” və “Niva-Chevrolet” markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə, qəzaya səbəb nəqliyyat vasitələrinin sürət həddini aşması olub.

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolu bir müddət bağlı qalıb. Lakin hadisə şahidlərinin köməyi ilə nəqliyyat vasitələri yoldan kənarlaşdırılıb və magistralda hərəkət bərpa olunub.

Qəza yerinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Briqadası cəlb edilib. İki nəfərin hadisə yerində öldüyü, daha bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Hazırda hadisə yerində araşdırmalar aparılır.

Seçilən
663
14
1

1Mənbələr

Şərh ()
Bağla