AZ

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Dənizlinin Pamukkale rayonunda həyat yoldaşını və sevgilisini küçənin ortasında güllələyən şəxs eyni silahla öz həyatına da son qoyub. 

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə saat 14:00 radələrində Dənizlinin Pamukkale səmtində baş verib. Əldə edilən məlumata görə, onu aldatmaqdan şübhələndiyi həyat yoldaşı Özlem Ülkerin arxasınca gedən Emin Ülker onun Yusuf Çavlakla görüşdüyünü görüb dəli olub.

Ər iki uşağı ilə yolda gedən arvadını və sevgilisini bir müddət izləyib və evlərindən 10 metr aralıda əlində ov tüfəngi ilə peyda olub. Həyat yoldaşına "Gözünü mənim namusuma dikdin?" deyə qışqıran Emin Ülker arvadının "etmə, eləmə" qışqırtıları arasında dəfələrlə tətiyə basıb.

Uşaqlarının gözü qarşısında vurulan qadın sinəsindən ağır yaralanarkən, Yusuf Çavlak hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra ərazini tərk edən əri Emin Ülker 2 küçə kənarda eyni silahla intihar edib. Emin Ülkərin ölümündən saniyələr əvvəl sosial şəbəkədə "Yusuf Çavlak və həyat yoldaşım Özlem Ülker ölümümə görə məsuliyyət daşıyırlar. Haqqım varsa, onlardan başqa hamıya halal edirəm" yazısını paylaşıb.

Ağır yaralanan Özlem Ülker hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Qonşular şok keçirən uşağı öz himayələrinə götürüblər.

Hadisədə həyatını itirən iki nəfərin cəsədi yarılma üçün morqa aparılıb. Qadının vəziyyəti ağır olaraq qalır.

Seçilən
19776
5
1

1Mənbələr

Şərh ()
Bağla