AZ

TDT-nin Baş katibi: Orta Dəhlizin daha fəal çalışması üçün lazım olan dəstəyi veririk

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Türk Dövlətləri Təşkilatı Orta Dəhlizi əhatə edən ölkələrin iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və Orta Dəhlizin daha fəal çalışması üçün lazım olan dəstəyi verir.

"Report" xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan şirkəti olan "Union Logistics"in rəhbəri Rövşən Mehdiyevi qəbul edərkən danışıb.

Görüşdə şirkətin yeni hərəkət xətti də müzakirə olunub.

R.Mehdiyev rəhbəri olduğu şirkətin Tarixi İpək yolu, Orta Dəhliz adlandırılan marşruta uyğun olaraq, Çindən çıxan yüklərin Azərbaycana qədər olan hissəsində aktivliyin bərpası barədə məlumat verib.

Bildirib ki, yeni marşrut xətti Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkmənbaşı portu və Ələt Dəniz Ticarət limanını əhatə edir. Gələcəkdə bu marşrutun Türkiyədən keçməklə, Avropaya qədər uzadılması planlaşdırılır.

Seçilən
153
4
1

1Mənbələr

Şərh ()
Bağla