AZ

Türkiyədə gözlənilməz durum: Dərhal hərəkətə keçdilər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Türkiyədə dövlət çevrilişinə cəhd İraqda gözlənilən antiterror əməliyyatlarının qarşısının alınmasına hesablanıb.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Türkiyə daxilində baş verən son siyasi gəlişmələrə diqqət çəkib:

“Millətçi Hərakat Partiyasının sədri Dövlət Baxçalı Türkiyədə dövlət çevrilişinə cəhd edildiyini açıqlayıb. Onun sözlərinə görə, polis və məhkəmə sistemlərinin əməkdaşlarından ibarət bir şəbəkə bu cəhdin arxasında durur.

Prezident Ərdoğanın yürütdüyü siyasət Türkiyəni sürətlə beynəlxalq güc yolunda irəli aparır. Ankaranın müstəqil siyasəti və inkişaf edən hərbi sənayesi Türkiyəni bir sıra qlobal aktorların hədəfinə çevirib. Belə bir fonda çevriliş cəhdin həmin qlobal aktorların əlində alət olan FETÖ-dən gəldiyi istisna deyil. Türkiyə daxilində böyük ölçüdə zərərsizləşdirilsə də, FETÖ tam sıradan çıxarılmayıb. Qərbdə, xüsusən də ABŞ-də fəaliyyətini davam etdirən fəthullahçı şəbəkənin Türkiyə daxilində də gizli hücrələrinin olduğu istisna edilmir.

Türkiyə ordusu FETÖ-dən tam təmizlənsə də, görünür, məhkəmə və polis sistemində hələ də gizli şəkildə iş başında olan gözdən qaçan hücrələr var. Hesab edirəm ki, son ifşaetmə əməliyyatından sonra hər iki sahədə ciddi təmizləmə işi aparılacaq. Üstəgəl, FETÖ lideri Fəthullah Gülən ABŞ-dədir və Türkiyəyə qarşı fəaliyyətini davam etdirir. Yəni şəbəkənin kənardan ciddi dəstəyi də var. Amma Ankara bu dəfə də vaxtında məlumat əldə etdiyi bu təhlükəli prosesin qarşısını ala bildi. Qənaətimə görə, Türkiyə belə cəhd və ehtimallara yer qoymamaq üçün təhlükəsizlik tədbirlərini sərtləşdirəcək”.

Məhəmməd Əsədullazadənin fikrincə, bu məsələnin indiki məqamda gündəmə gəlməsi təsadüfi deyil:

“Türkiyənin Şimali İraqda PKK terror təşkilatına qarşı planlaşdırdığı irimiqyaslı hərbi əməliyyatan öncə gələn cəhd bu prosesin qarşının alınmasına yönəlib. Qeyd edim ki, FETÖ-nün 2016-ci ildəki cəhdindən əvvəl də Türkiyə Şimali Suriya və İraqda antiterror əməliyyatı planlaşdırmışdı. İndiki cəhdlər də terror təşkilatlarının himayədarları tərəfindən Türkiyənin gözlənilən əməliyyatlarının önlənməsinə hesablanıb”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
127
1

1Mənbələr

Şərh ()
Bağla