AZ

İqtisadiyyat naziri Şuşada keçirilən tədbirin iştirakçılarına təşəkkür edib

"Sahibkarlarla Şuşada keçirdiyimiz tədbir səmərəli müzakirələr, məhsuldar görüşlər və xoş təəssüratlarla yadda qaldı".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikkayıl Cabbarov "X"də bildirib.

"Biznes nümayəndələri ilə birlikdə atılacaq addımları müəyyənləşdirdik, qarşılıqlı gözləntilərimizi və sual yaradan məqamları nəzərdən keçirdik. Vahid amalımız Qarabağı birlikdə bərpa etməkdir və bunu reallığa çevirmək üçün birgə fəaliyyətimiz daha sıx olacaq. Bütün tədbir iştirakçılarına təşəkkür edirik", - nazir qeyd edib.

Seçilən
34
1
operativmedia.az

3Mənbələr