“BHS GROUP” Media prodakşının rəhbərliyi ilə Türk Dünyası üçün xüsusi olaraq çəkilmiş "Kızılelma" adlı klip bütün izləyicilər tərəfindən bəyənilib. “BHS GROUP”-un Media rəhbəri, Türkiyə Azərbaycan Strategiya və İqtisadiyyat Klubunun təsisçisi, E-Tis İşəgötürənlər Birliyinin Azərbaycan üzrə rəhbəri Atakan Taşur SİA-ya bildirib ki, sözləri uğurlu sənətçi Kodesə məxsus olan “Kızılelma” bütün Türk Dünyasına milli şüur aşılamaq üçün xüsusi olaraq planlaşdırılmışdı.
Atakan Taşurun ümumi koordinatorluğu ilə İstanbulda bir çox xüsusi məkanlarda çəkilən mahnının rejissoru Nojen Arfaeidir. "Kızılelma" klipi tez bir zamanda bir çox insanın və millətçi qrupların təqdirini qazanıb.