“Avropa İttifaqı (Aİ) missiyasının Nerkin Hande kəndi yaxınlığındakı Azərbaycan-Ermənistan şərti sərhədinə çıxışı yoxdur”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
Onun sözlərinə görə, həmin yerə yalnız Rusiyanın çıxışı var. Amma Rusiya hərbçiləri avropalı müşahidəçilərin həmin əraziyə daxil olmasına icazə vermir.
“Bəli, bu problem var, biz bunu bilirik və problem aradan qaldırmağa çalışacağıq”.
Qriqoryan iddia edib ki, “Aİ missiyası sabitləşdirici rol oynayır, biz bunu tam dəstəkləyirik”.
Xatirə SADİQ,
KONKRET.az