EN

İsrail-Fələstin müharibəsindən sonra dünya nizamında nələr dəyişə bilər?

Benyamin Netanyahu Qərb ölkələrini Qəzzada atəşkəsdən imtinaya, eləcə də HƏMAS-ın tamamilə məhv edilməsinə dəstək verməyə çağırıb...Politoloq: “Dünya nizamında gedən dəyişikliklərin İsrail-Fələstin məsələsindən yan keçməyəcəyi öncədən bəlli idi”.“HƏMAS mütləq məhv edilməlidir və ediləcək. Qərb ölkələrinə dəstək üçün edilən müraciət isə qarşı cəbhənin təhdidləri fonunda rəmzi məna daşıyır”.Bu sözləri politoloq Azər Qasımov İsrail-Fələstin müharibəsindən sonra dünya nizamında nələrin dəyişə biləcəyini Poliqon-a şərh edərkən qeyd edib.İsrailin Baş naziri Benyamin Netanyahu Qərb ölkələrini Qəzzada atəşkəsdən imtinaya, eləcə də HƏMAS-ın tamamilə məhv edilməsinə dəstək verməyə çağırıb. Lakin Netanyahunun davranışları və müharibə aparma yolu bütün dünyada etirazlarla qarşılanır. Hətta yəhudilər belə öz hökümətlərinin Qəzzada etdiklərinə etirazlar edirlər. Digər tərəfdən insan Qəzzada ağır müharibə cinayətlərinin törədilməsinə baxmayaraq, Qərb dövlətləri Netanyahunu dəstəkləməkdə davam edirlər.Bəs, İsrail-Fələstin müharibəsindən sonra dünya nizamında nələr dəyişə bilər və İsrailə ayrılan ayrıcalıqlar dünyada hansı izlər buraxa bilər?İsrail-Fələstin müharibəsinin indiki mərhələsini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.Azər Qasımov: “Netanyahunun: “Bundan sonra Yaxın Şərqdə heç nəyin əvvəlki kimi olmayacağını” bəyan etməsi 11sentyabrda ABŞ-da əkiz qüllələrə hücumdan sonra Buşun: “Bundan sonra dünya əvvəlki kimi olmayacaq”, bəyanatı ilə eynilik təşkil edir”.İsrailin Qəzzadan HƏMASI ləğv etməsi BMT-nin iki dövlət yaranması qərarını yerinə yetirə biləcəyini qeyd edən politoloq Poliqon-a bildirib ki, müharibədən sonra rəsmi olaraq Fələstin dövləti yarana bilər:“Dünya nizamında gedən dəyişikliklərin İsrail-Fələstin məsələsindən yan keçməyəcəyi öncədən bəlli idi. Nə yolla olursa-olsun bu məsələ öz həllini tapmalı idi. HƏMAS-ın İsrailə terror hücumu bunun başlanğıcı oldu. Netanyahunun: “Bundan sonra Yaxın Şərqdə heç nəyin əvvəlki kimi olmayacağını” bəyan etməsi “11sentyabr” ABŞ-da əkiz qüllələrə hücumdan sonra Buşun: “Bundan sonra dünya əvvəlki kimi olmayacaq” bəyanatı ilə eynilik təşkil edir. Buşun bəyanatından sonra dünyada baş verən dəyişikliklər bəllidir. Netanyahunun bəyanatından sonra da ən azı Yaxın Şərqdə çox şeylərin dəyişəcəyi mütləq olacaq.HƏMAS mütləq məhv edilməlidir və ediləcək. Qərb ölkələrinə dəstək üçün edilən müraciət isə qarşı cəbhənin təhdidləri fonunda rəmzi məna daşıyır. İsrail üçün HƏMAS-la müharibə asan məsələdir. Sadəcə Qərbin dəstəyi müharibəyə başqa qüvvələrin qatılmaması üçündür. Fransa ikiüzlü siyasət yürütdüyü üçün hesab edirəm ki, Netanyahu belə bir bəyanat verməyə məcbur olub.İsrailin Qəzzadan HƏMASI ləğv etməsi BMT-nin iki dövlət yaranması qərarını yerinə yetirə bilər və rəsmi olaraq Fələstin dövləti yarana bilər. Bu isə regiona stabillik və inkişaf gətirə bilər. Fələstin dövlətinin yaranması fələstinlilər arasında birliyə səbəb olacaq ki, kənar qüvvələr onlardan istifadə edib regionda öz siyasətlərini həyata keçirə bilməyəcəklər”.Nərminə UMUDLU Poliqon.info

Chosen
567
47
poliqon.az

10Sources