EN

Məhkəmə “OBA” marketə basqın edən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə Bakıda quldurluqda təqsirləndirilən Əfqan İsgəndərovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfqan İsgəndərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 
 

Qeyd: Ötən il mayın 18-i gecə saatlarında Bakının Xətai rayonu ərazisində marketə silahlı basqın olub.

 
Belə ki, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən “OBA” marketə daxil olan naməlum şəxs bıçaqla satıcı qadına hücum edib. Satıcı G.Məmmədovanı hədələyən şəxs kassadan 700 manat götürərək uzaqlaşıb.

 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Quldurluq əməlində şübhəli bilinən 2000-ci il təvəllüdlü Əfqan İsgəndərov tutularaq istintaqa təhvil verilib.

 
Onun barəsində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və silah və ya silah qismində əşya tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 24 Sentyabr 2024, 08:31   
Chosen
42
3
pravda.az

4Sources