Rusiya prezidenti Putinlə ABŞ prezidentliyinə namizəd Donald Tramp arasında son 4 ildə 7 dəfə telefon danışığı olduğu iddia edilib.
Publika.az xəbər verir ki, ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Tramp və Rusiya lideri Putinlə bağlı yeni iddia ortaya atılıb.
RBC-nin məlumatına görə, Donald Tramp 2020-ci ildə ABŞ prezidenti postundan getdikdən sonra Putinlə yeddi dəfə telefonla danışıb.
Kremlin sözçüsü Dmitri Peskov bu məlumatı təkzib edib. “Xeyr, bu doğru deyil”,- deyə Peskov bildirib.