EN

Azərbaycan niyə Rusiyadan silah almır? İlham Əliyev izah edib

Azərbaycan Prezidenti İlham Əliyev son üç ildə Azərbaycanın silah almaq üçün Rusiya ilə müqavilə imzalamadığını deyib.

Cənab Əliyev bunun səbəbini Rusiya müdafiə sənayesinin yerli ehtiyaclar üçün işləməsiylə əlaqələndirib.

"Hətta 4 il əvvəl imzalanmış bəzi müqavilələrdə Rusiyanın xahişi ilə icra müddəti təxirə salınıb. Biz vəziyyəti başa düşərək bununla razılaşdıq, bu vəziyyət nəticəsində həmin müqavilələr icra oluna bilməz", - İlham Əliyev deyib.

Ancaq o həm də vurğulayıb ki, bu, müvəqqəti dayandırılmış prosesdir.

İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, Rusiyanın müdafiə sənayesi hazır olduğu zaman, Azərbaycan yeni müqavilələr imzalayacaq.

"Biz Rusiyanın müdafiə sənayesinin yeniliklərini də diqqətlə izləyirik. Artıq yeni müraciətlərimiz olub".

Videoya YouTube kanalımızda baxın.

Chosen
101
bbc.com

1Sources