EN

Avropa Komissiyası Aİ ilə Gürcüstan arasında viza rejiminin sadələşdirilməsinə dair razılaşmanın qismən dayandırılmasını təklif edib - YENİLƏNİB

Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında viza rejiminin sadələşdirilməsinə dair razılaşmanın qismən dayandırılmasını təklif edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı press-relizdə bildirilib.

Qeyd olunub ki, komissiya Aİ-Gürcüstan arasında viza rejiminin asanlaşdırılmasına dair razılaşmanın bir hissəsinin dayandırılmasını, Gürcüstan diplomatlarına, diplomatik passporta malik rəsmilərə 90 gündən qısa səfərlər üçün viza tələbi gətirilməsini təklif edib.

“Bu təklif noyabrın 28-də hakimiyyətin 2028-ci ilə qədər Aİ ilə danışıqlara başlamayacağını elan etməsindən sonra başlayan Gürcüstan hakimiyyətinin dinc nümayişçilərə, siyasətçilərə və müstəqil mediaya qarşı zorakı repressiyalarına cavabdır” – press-relizdə qeyd edilib.

Qeyd olunub ki, növbəti mərhələ olaraq Avropa İttifaqı Şurası Viza Sadələşdirilməsi Razılaşmasının qismən dayandırılması təklifi ilə bağlı qərar qəbul etməlidir. Şuranın təklifi qəbul etməsindən sonra üzv ölkələr zəruri tədbirləri görməli, sözügedən rəsmilərdən viza tələb etməlidirlər.

17:05

Avropa İttifaqı Gürcüstan diplomatlarına viza məhdudiyyəti gətirir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Avropa Kommissiyasının prezidenti Ursula fon der Leyen X platformasında paylaşımında qeyd edib.

“Gürcüstan xalqı hökumətin Avropa yolunu dayandırmaq seçiminə qarşı etiraz edib. Dinc etirazlar polis zorakılığı ilə üzləşib. Bu gün biz Gürcüstan diplomatlarına viza məhdudiyyəti təklif edirik. Bizim Gürcüstan rəhbərliyinə mesajımız aydındır: öz insanlarınıza ziyan vurmağa son verin”, - Leyen qeyd edib.

Chosen
23
16
apa.az

10Sources