Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, 1951-ci il təvəllüdlü P.Quliyevanı xilas etmək mümkün olmayıb.
***
08.55
Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
1951-ci il təvəllüdlü P.Quliyeva yolu keçmək istəyən zaman onu minik maşını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.