Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında məlumat yayılıb.
Məlumatda qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara isə tezliklə şəfa dilənib.
“Azərbaycanlı və qazaxıstanlı qardaşlara hər cür lazımi dəstək veriləcək”, - deyə vurğulanıb.