Bakı. Trend:
Kanadanın xarici işlər naziri Melani Coli və maliyyə naziriDominik Leblan noyabr ayında baş nazir Castin Trüdonun ABŞ-ın yeniseçilmiş prezidenti Donald Trampla müzakirə etdiyi məsələlər üzrəməsləhətləşmələri davam etdirmək məqsədilə dekabrın 29-da ABŞ-asəfər edəcək.
Trend xəbər verirki, bu barədə CTV telekanalı məlumat yayıb. Görüş zamanı Kanadanıniqtisadi maraqları, iki ölkə arasında ticarət əlaqələri və mümkünidxal rüsumları məsələləri diqqət mərkəzində olacaq.
Florida ştatının Laqo şəhərində keçirilən əvvəlki görüşdə TrampKanadadan gətirilən mallara idxal rüsumları tətbiq edə biləcəyiniaçıqlamışdı. Trüdo isə bu tədbirlərin Kanada iqtisadiyyatına ciddizərbə vuracağına işarə etmişdi. Fox News-un məlumatına görə, Trampzarafatla Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyini söyləmiş, buda Trüdonun əsəbi gülüşünə səbəb olmuşdu.
Daha sonra ictimai təhlükəsizlik naziri Dominik Leblan Trampınsözlərinin təhdid olmadığını, yalnız zarafat xarakteri daşıdığınıbildirmişdi. Bu səfər, Tramp administrasiyasının Kanada iləmünasibətləri formalaşdırmaqda hansı istiqaməti götürəcəyiniaydınlaşdırmaq üçün mühüm addım kimi qiymətləndirilir.