EN

Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrah sənədləri yoxlanılacaq

Bakı. Trend:

Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastikcərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediadaziddiyyətli məlumatlar yer almışdır. Səsləndirilən iddialarla bağlıAzərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluqtərəfindən ilkin araşdırmalar aparılmış və şübhəli məqamlar müəyyənedilmişdir. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedənixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsilsənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verənşəhadətnamələri saxtalaşdırılıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, plastik cərrahiyyəixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedənistiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqiəsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranmışdır.Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiqəmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, AzərbaycanRespublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və TəhsilNazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi TəftişKomissiyası yaradılmışdır.

Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyətiilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətininqanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasındatəsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakıtəhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət iləməşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiyaşəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək AzərbaycanRespublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədəktəqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti iləməşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiyaşəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır.

Məqalədə:
Chosen
74
49
az.trend.az

9Sources