EN

Almaniyanın Ukraynaya hərbi göndərişi üçün ictimai dəstək tələb olunur – ÖZƏL

Almaniyanın Ukraynaya hərbi qüvvə göndərməsi yalnız ictimai dəstək qazandıqdan sonra mümkün olmalıdır. Bundan əlavə, bu addımın Rusiya tərəfi ilə razılaşdırılması, lakin onunla qarşıdurmaya səbəb olmaması vacibdir. 

Olaylar.az xəbər verir ki, bu fikirləri Xristian-Demokratik İttifaq Partiyasının lideri Fridrix Merts DPA agentliyinə verdiyi müsahibədə səsləndirib.

Merts bildirib ki, hazırda Ukraynaya Bundevzer qüvvələrinin göndərilməsi təklifi ilə bağlı dəqiq mövqe bildirmək çətindir. "Əgər sülh razılaşması əldə edilərsə və Ukraynaya təhlükəsizlik zəmanətləri lazım gələrsə, bu məsələ yalnız vətəndaşlardan qeyd-şərtsiz mandat alındıqdan sonra müzakirə oluna bilər. Hazırda belə bir mandat görmürəm. Belə bir vəziyyətdə bu mandatın Moskva ilə razılaşdırılmasını və ona qarşı getməməsini istəyərdim," - deyə Merts vurğulayıb.

Politik, Ukraynanın təhlükəsizlik zəmanətləri mövzusunda isə detallı cavab verməkdən çəkinib. O, hazırda sülh danışıqlarının başlanmasına hələ çox olduğunu qeyd edib. Bununla yanaşı, Merts bir daha bəyan edib ki, Almaniya Ukraynadakı münaqişənin birbaşa iştirakçısı olmayacaq.

Eyni zamanda, Merts kansler Olaf Şoltsun Ukraynaya Taurus qanadlı raketlərinin göndərilməsinə qarşı mövqeyini tənqid edib. Onun fikrincə, bu raketlər Ukraynada sülhün bərpasına töhfə verə bilərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
75
34
olaylar.az

10Sources