EN

"Məsələ başqa idi, bura gələndən sonra..." - Qriqorçuk "Neftçi" haqda "Futbol+"ə nə dedi?

Roman Qriqorçukun Ukrayna mətbuatına verdiyi açıqlama maraq doğurdu.

“Neftçi”nin sabiq məşqçisi Azərbaycana təsadüfən gəldiyini və məcburən təklifi qəbul etdiyini söyləməklə özü haqda mənfi fikirlər yaratdı. 59 yaşlı çalışdırıcının ölkəmizdə karyerasının alınmamasına görə əvvəllər paytaxt klubu günahlandırılırdısa, indi məlum olur ki, ukraynalı burda candərdi işləyib.

Maraqlıdı, mütəxəssis doğrudan da belə düşünürmü? Bu sualı Roman Qriqorçuka ünvanladıq:

“Olanlar artıq keçmişdə qalıb. Bu barədə danışmayacam. Azərbaycana hörmətim var. Sadəcə, məsələ başqa idi. Bura gələndən sonra bir müddətdi istirahət edirəm. Yanvarın 1-dən Ukrayna çempionatında, Çerkassı klubunda işləyəcəm. LNZ-ni çalışdıracam. Bu qədər”.

RÖYANƏ OĞUZ
Chosen
77
32
football-plus.az

10Sources