Tanınmış insayder Fabritsio Romano “Qarabağ”la “Sevilya” arasında Juninyonun transferi ilə bağlı razılaşmanın təfərrüatlarını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, “X” hesabındakı paylaşımında La Liqa təmsilçisinin bu transfer üçün Ağdam klubuna 4 milyon avro + 1 milyon avro bonus ödəyəcəyini qeyd edib.
Həmçinin, “Sevilya”nın braziliyalı hücumçunun satış məbləğinin 20 faizini Ağdam təmsilçisinə ödəyəcəyi ilə bağlı bənd də müqavilədə yer alacaq.
O da qeyd olunub ki, hələ dəqiqləşdirilməmiş bir neçə detal var, bunlar həllini tapandan sonra transfer rəsmiləşəcək.