EN

“Şrek”dəki eşşəyin prototipi öldü


“Şrek” cizgi filminin qəhrəmanının prototipinə çevrilən 30 yaşlı eşşək Perri ABŞ-də ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Barron Park Donkey Project” məlumat yayıb.
Qeyd olunur ki, heyvan xəstəlikdən sonra yanvarın 2-də ölüb:
“Uzun həyatı boyu Perri “Barron Park” ictimaiyyətinin və “Eşşək” obrazının prototipi olaraq “Şrek” filminə verdiyi töhfələrlə insanların qəlbini fəth etdi”.
Təşkilat bildirib ki, eşşəkdə laminit - dırnaq sümüyü ilə dırnaq divarı arasında yerləşən həssas yumşaq toxumanın (lamina) iltihabı olub.
Xatırladaq ki, danışan Eşşək eyniadlı franşizanın baş qəhrəmanı olan yaşıl div Şrekin dostudur. Birinci hissə 2001-ci ildə çıxıb. Cizgi filmi dünya kassasında 487 milyon dollar toplayıb.
 
Chosen
68
3
yeniavaz.com

5Sources