EN

Səudiyyə Ərəbistanı klubunu “Marsel”ə dəyişir?

"Əl-İttihad"ın müdafiəçisi Luis Felipe karyerasını Fransada davam etdirəcək. 

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O italyan futbolçunun azad agent kimi "Marsel"ə keçəcəyini və yeni klubu ilə müqaviləsinin 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulduğunu qeyd edib.

27 yaşlı müdafiəçi bu mövsüm "Əl İttihad"ın heyətində cəmi 1 oyun keçirib və ümumilikdə 20 dəqiqə meydanda olub. Xatırladaq ki, Felipe 2023-cü ilin sentyabrında “Betis”dən Səudiyyə Ərəbistanına keçmişdi, transfer məbləği 20 milyon avrodan bir qədər çox idi. "Marsel" Fransa çempionatında ikinci yeri tutur.

Chosen
91
90deqiqe.az

1Sources