Abxaziyada ev yanıb. Hadisə Qals rayonunun Papınırxua kəndində baş verib.
Bu barədə TASS agentliyi yazıb.
Mənbə qeyd edir ki, uşaqlarla evdə tək olan nənə sobanı yandırmaq istəyərkən dizel və benzin olan qabları qarışıq salıb.
Sobaya benzin tökülməsi yanğına yol açıb. Ağacdan olan evi ani məqamda alov bürüyüb və həmin vaxt yatmış vəziyyətdə olan uşaqları xilas etmək mümkün olmayıb.
Uşaqların ən kiçiyinin 1,5 yaşı, ən böyüyünün 8 yaşı olub.