Kiberdələduzlar insanların "WhatsApp" hesablarını oğurlayır və yaxınlarına yazaraq pul istəyirlər.
Â
Ölkə.az Xəzər TV-yə istinadən məlumat verir ki, bununla bağlı çoxlu məlumatlar yayılmaqdadır.
Â
Ä°KT üzrə mütəxəssislər bildiriblər ki, hücumların əksəriyyəti xarici ölkələrin nömrələrindən gələn mesajlarla həyata keçirilir.
Â
Bu cür hallarla qarşılaşmamaq üçün "WhatsApp"da bəzi təhlükəsizlik qaydalarına diqqət yetirmək lazımdır.
Â
Mütəxəssislər xüsusi olaraq vurğulayırlar ki, "WhatsApp+" tətbiqini telefona endirib istifadə etmək olmaz. Çünki bu tətbiqdən istifadə kiberdələduzların hesabları daha rahat oğurlamasına gətirib çıxarır.