EN

6.3 bal gücündə zəlzələ oldu

Mərkəzi Amerika ölkəsi El Salvadorda 6,3 bal gücündə zəlzələ baş verib. 

Söz.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb. 

Zəlzələnin episentri Sakit okeanda, La Libertad şəhərindən 50 kilometr aralıda, yerin 49.5 km dərinliyində yerləşib.

Dağıntı və insan tələfatının olmadığı bildirilib. 

Yeraltı təkanlar qonşu ölkələrdə də hiss olunub.


Chosen
77
soz.az

1Sources