EN

"Leonardo" Mərkəzi Asiyanın artan təhlükəsizlik və müdafiə ehtiyaclarını dəstəkləməyə hazırdır - Ancelo Çekkini (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

İtaliyanın aerokosmik və müdafiə sənayesi üzrə şirkəti olan"Leonardo" Mərkəzi Asiyanı aerokosmik sənaye, müdafiə vətəhlükəsizlik sahələrində innovativ həllərinin genişləndirilməsiüçün əsas region kimi nəzərdən keçirir.

Bunu Trend-əözəl müsahibəsində “Leonardo”nun Şimal-Şərqi Asiya, Okeaniya,Mərkəzi Asiya və Hindistanda beynəlxalq biznesin inkişafı üzrəvitse-prezidenti Ancelo Çekkini bildirib.

“"Leonardo"nun Mərkəzi Asiyada kommersiya iştirakına artıq geniştexnologiyalar və onların tətbiq sahələri daxildir ki, bu daşirkətin regionda gələcək inkişafı üçün möhkəm baza yaradır”, -deyə o vurğulayıb.

"Leonardo"nun Mərkəzi Asiya üçün təklifləri qabaqcıltexnologiyaların geniş spektrini əhatə edir. Bunlara helikopterlər,dəniz müdafiəsi həlləri, peyk xidmətləri (həm mülki, həm də hərbitəyinatlı), döyüş və təlim təyyarələri, eləcə də pilotsuz uçuşaparatları (PUA) daxildir. Vitse-prezidentin sözlərinə görə, buhəllər "Leonardo"nun regionun dəyişən tələblərinə cavab verməkəzmini nümayiş etdirir.

“Regionun artan ehtiyaclarına cavab olaraq və aerokosmik sənaye,müdafiə və təhlükəsizlik sahəsində qabaqcıl texnologiyalarındanistifadə edərək "Leonardo" silahlı qüvvələrin modernləşdirilməsiüçün öz təcrübəsini təklif etməyə hazırdır”, - deyə Çekkinivurğulayıb. Modernləşdirmə helikopterlər, təyyarələr, radarsistemləri, PUA-lar və sərhəd təhlükəsizliyi həllərini əhatəedir.

Bundan əlavə, şirkət kibertəhlükəsizliyə xüsusi önəm verir vəhökumətləri, eləcə də kritik infrastruktur obyektlərini getdikcəmürəkkəbləşən təhdidlərdən qorumaq üçün qabaqcıl həllər təklifedir. Çekkini vurğulayıb ki, kibertəhlükəsizlik artıq zərurətəçevrilib: “Həllərimiz kibertəhlükələrə qarşı müdafiəni vədayanıqlılığı təmin edir, məxfi məlumatların və əməliyyatlarıntəhlükəsizliyinə zəmanət verir”.

"Leonardo" həmçinin müdafiə və kibertəhlükəsizlik sahələri üzrəmütəxəssislər üçün təlim proqramlarına aktiv şəkildə sərmayəyatırır.

“Bu sahələr üzrə ixtisaslaşmış təlim proqramları böyük əhəmiyyətkəsb edir. Onlar müştərilərə və son istifadəçilərə yeniavadanlıqlardan maksimum istifadə etməyə və ən yaxşı təcrübələriəməliyyat proseslərinə tətbiq etməyə imkan yaradır”, - deyə Çekkiniqeyd edib.

Mərkəzi Asiyanın Asiya ilə Avropa arasında coğrafi körpü rolunuoynaması, onun zəngin enerji resursları və regional sabitlik, eləcədə beynəlxalq təhlükəsizlik üzərində təsiri regionu "Leonardo" üçünstrateji mərkəzə çevirir.

Çekkini izah edib ki, şirkət müştəri-təchizatçı modelindəqısamüddətli biznes imkanlarına yönəlmək əvəzinə, tərəfdaşölkələrlə uzunmüddətli əlaqələr qurmağa çalışır. Şirkət hər birölkənin spesifik ehtiyaclarını qarşılamaq üçün xüsusi hazırlanmışfərdi həllər təklif edir. Bu zaman sistemlərin istifadəsində tələbolunan müstəqillik səviyyəsi təmin edilir və məlumatların idarəedilməsi məsələlərində tam suverenliyə riayət olunur.

"Leonardo" şirkətinin gücü təkcə portfelinin yüksək texnolojistandartlarında deyil, həm də modul və miqyaslana bilən həllərtəqdim etmək bacarığındadır. Bu həllər tədricən həyata keçirilə vəinteqrasiya edilə bilər ki, bu da yüksək əməliyyat səmərəliliyinitəmin edir. Bu yanaşma uzunmüddətli həllərin yaradılmasına, eləcədə regionun dəyişən tələblərinə uyğun inkişafına imkan yaradır.Çekkininin sözlərinə görə, bu yanaşma şirkətin müdafiə vətəhlükəsizlik infrastrukturunun gücləndirilməsi, regionunuzunmüddətli inkişafı və sabitliyinə töhfə vermək üçün etibarlıtərəfdaş kimi mövqeyini möhkəmləndirməsi üçün əsasdır.

“"Leonardo", qabaqcıl texnologiyaları ilə, Mərkəzi Asiyaölkələrinin təhlükəsizlik infrastrukturunun gücləndirilməsi,uzunmüddətli sülh və sabitlik şəraitinin yaradılmasına dəstək olmaqüçün öz töhfəsini verməyə davam etmək niyyətindədir”, - deyəÇekkini əlavə edib.

O, həmçinin "Leonardo"nun Avropa ilə Asiyanı birləşdirən OrtaDəhliz məqsədlərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

“Regionun Avropa və Asiya arasında əlaqələndirici rolununstrateji əhəmiyyəti Orta Dəhliz təşəbbüsü ilə bir daha təsdiqlənirvə gücləndirilir. Bu təşəbbüs, "Leonardo" üçün təhlükəsiz vəeffektiv infrastrukturun yaradılmasına töhfə vermək üçün bir sıraimkanlar təqdim edir ki, bu da bizi regional inkişafda mühümtərəfdaş kimi möhkəmləndirir”, - deyə vitse-prezident bildirib.

Şirkət, Orta Dəhliz vasitəsilə ticarətin maneəsiz və təhlükəsizşəkildə həyata keçirilməsi üçün sərhəd nəzarəti və kritikinfrastrukturun müdafiəsində qabaqcıl texnologiyalarını tətbiqetməyə hazırdır. Çekkini, peyk həlləri, yerüstü rabitə sistemlərivə etibarlı kibertəhlükəsizlik tədbirlərini əhatə edən rabitəninmühüm rolunu vurğulayıb.

“Bizim həllərimiz məlumat ötürülməsində etibarlılığı vətəhlükəsizliyi təmin edir, həmçinin dəmir yolu, avtomagistrallar vəlimanlar kimi nəqliyyat axınlarını səmərəli izləməyə və idarəetməyə imkan yaradır ki, bu da logistika və ticarət üçün son dərəcəvacibdir”, - deyə o bildirib.

Bundan əlavə, "Leonardo" Yer müşahidəsi xidmətləri və qabaqcılrəqəmsal alətlər vasitəsilə logistika əməliyyatlarınıtəkmilləşdirməyə hazırdır. Çekkini qeyd edib ki, bu müşahidətexnologiyaları yüklərin real vaxt rejimində izlənilməsinə vəproqnoz analitikası aparılmasına imkan yaradır ki, bu dalogistikanın optimallaşdırılmasına kömək edir.

“"Leonardo"nun süni intellektdən və "Da Vinci"superkompüterindən istifadə edən rəqəmsal həlləri regionallogistika şəbəkələrinin effektivliyini artırmaq qabiliyyətinəmalikdir. Bu texnologiyalar təchizat zəncirinin şəffaflığınıartırır, yük axınlarının optimallaşdırılmasını təmin edir vəmultimodal nəqliyyat mərkəzlərini təkmilləşdirərək regiondakıəlaqələrin genişləndirilməsinə töhfə verir”, - deyə o əlavəedib.

"Leonardo" təhlükəsizlik, infrastruktur və təbii fəlakətlərinnəticələrinin aradan qaldırılması sahələrində regionunehtiyaclarına uyğunlaşdırılmış modul və miqyaslana bilən həllərintəqdim edilməsində ixtisaslaşır. Şirkətin təklifləri arasındaterrorizm və kibertəhdidlərdən müdafiə, təhlükəsiz nəqliyyat vəresursların idarə olunması, həmçinin təbii fəlakətlərin qarşısınınalınması və onlara reaksiya verilməsi üçün texnologiyalar yeralır.

"Leonardo" COP29 zamanı, resursların idarə olunması, ətrafmühitin monitorinqi və təbii fəlakətlərə davamlılığın artırılmasıüçün kosmik texnologiyalarını nümayiş etdirərək, iqlimdəyişikliyinə uyğunlaşma və dekarbonizasiya səylərinə verdiyitöhfəni vurğulayıb.

“Bizim təcrübəmiz dayanıqlı enerji və texnologiyaları, ocümlədən ekoloji təmiz enerji mənbələrinin tətbiqi və risklərinazaldılmasını dəstəkləyir. Biz, fərdi həllər təklif edərək vətərəfdaşlarımızın suverenliyinə hörmət edərək, uzunmüddətli inkişafvə sabitliyə töhfə verməyə çalışırıq”, - deyə Çekkinivurğulayıb.

Chosen
49
1
az.trend.az

2Sources