EN

Autizm sahəsi mənim üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib-JALƏ ƏHMƏDOVA



Azərbaycan Autizm Assosiasiyasında keçirdiyim müddət ərzində dəyərli təcrübələr qazandım və autizmli fərdlərə dəstək olmaq üçün çox vacib işlərin bir parçası oldum. Yalnız autizmli fərdlərə deyil, ümumiyyətlə həssas kateqoriyaya aid olan insanlara daha geniş töhfə vermək məqsədilə fəaliyyətimi başqa bir təşkilat çərçivəsində həyata keçirəcəyəm.
Autizm sahəsi mənim üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib və bu sahədə yeni yanaşmalar və layihələrlə cəmiyyətimizə daha çox fayda vermək niyyətindəyəm.
Azərbaycan Autizm Assosiasiyasındakı komanda ilə yollarımız ayrılmasına baxmayaraq, bizi birləşdirən məqsəd – autizmli fərdlərin cəmiyyətə inteqrasiyası və onların hüquqlarının qorunması – dəyişməz olaraq qalır. Qarşıdakı dövrdə də yeni bir platformada bu sahəyə töhfə verməyə davam edəcəyəm.
Gələcək işlərimin hər kəsə faydalı olmasını arzulayıram.
Chosen
40
3
newscenter.az

4Sources