EN

"The Hindu": Modi fevralda Parisə səfər etməyi planlaşdırır - qırıcılar və sualtı qayıqlarla bağlı saziş gündəmdədir

Hurriyyet.az xəbər verir ki, "The Hindu" qəzetinin yazdığına görə, Hindistanın Baş naziri Modinin fevral ayında Parisə səfər etməsi planlaşdırılır. Nəşrə məlumat verən mənbənin sözlərinə görə, Hindistanın Fransadan "Rafale" qırıcıları və Hərbi Dəniz Qüvvələri üçün "Scorpene" sualtı qayıqları alması ilə bağlı sövdələşmə imzalanacağı gözlənilir.

Mənbə deyib: "Baş nazir Modinin süni intellekt məsələləri ilə bağlı Parisdə keçiriləcək sammitdə iştirakı gözlənilir. Səfər zamanı artıq müzakirələri yekunlaşmaqda olan iki sazişin imzalanması planlaşdırılır".

Hindistanın Baş naziri 10-11 fevral tarixlərində Fransada keçiriləcək sammitə dəvət edilib.

Artıq bir neçə aydır ki, Paris ilə Nyu-Dehli arasında 10 milyard dollardan artıq məbləğdə olan sövdələşmə ilə bağlı müzakirələr gedir. Mənbələrin məlumatına görə, "Rafale" qırıcıları ilə "Scorpene" sualtı qayıqlarının alınması ilə bağlı sazişlərin qarşıdakı həftələrdə Hindistan hökuməti tərəfindən təsdiqlənməsi gözlənilir.

Hürr Tərcüman

 

Chosen
53
1
hurriyyet.az

2Sources