EN

Şimali Koreyadan yeni ildə ilk raket buraxılışı: ABŞ-yə hədə-qorxu gəlir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şimali Koreya Yapon dənizinə doğru ortamənzilli ballistik raket atıb.
Bu barədə Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Yaponiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, son raket sınağını ötən il noyabrın 5-də keçirən Şimali Koreya sükutu pozub və Pxenyan yerli vaxtla saat 12:05-də Yapon dənizinə doğru ballistik raket atıb.
İlkin qiymətləndirmələrə görə, raket saat 12:12-də Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Yaponiyanın müdafiə naziri Gen Nakatani hökumətin həyəcan vəziyyətinə keçdiyinin və raketlə bağlı araşdırmaların davam etdiyini bildirib. Cənubi Koreya Baş Qərargahının verdiyi açıqlamada da Pxenyanın sınağı təsdiqlənib və atılan raketin ortamənzilli ballistik raket olduğu qeyd edilib.
Pxenyanın bu son addımı yanvarın 20-də ABŞ-də hökumətin başına keçməyə hazırlaşan Donald Tramp və onun hökumətinə qarşı hədə-qorxu kimi şərh edilib.
Sınağın ABŞ dövlət katibi Antoni Blinkenin siyasi təmaslar üçün Cənubi Koreyada olduğu bir vaxtda aparılması da diqqət çəkib.
Chosen
105
38
oxu.az

10Sources