EN

İstirahət günlərində 50 mindən çox sərnişin daşınıb

Bakı. Trend:

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal vəavtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri iləkeyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 30 dekabr – 5yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışıb.

Trend xəbərverir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirliməsinəAzərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən nəzarətolunub.

Ümumilikdə istirahət günlərində Bakı Beynəlxalq AvtovağzalKompleksindən (BBAK) 1775 reys həyata keçirilib, 50600-dən çoxsərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adigünlərdə BBAK-dan reysə 200-ə yaxın avtobus çıxırsa, qeyd ediləntarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına,sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməletmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalınkassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsiləonlayn qaydada sərnişinlərə təqdim edilib. Qeyd edilən tarixlərdə15239 onlayn bilet alınıb. Bu da ümumi bilet satışın 30 faizinitəşkil edir. Bakıdan bölgələrə və əks istiqamətdə daşınansərnişinlərin tələbatı tam qarşılanıb.

Məqalədə:
Chosen
76
9
az.trend.az

10Sources