"Barselona"nın prezidenti Joan Laporta hələlik postunu tərk etmək niyyətində deyil.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Dani Olmo və Pau Viktorun cari mövsümün ikinci yarısı üçün qeydiyyatında uğursuzluq fonunda Kataloniya nəhənginin rəhbərinin mümkün gedişi ilə bağlı söhbətlər yaranıb.
Laporta isə istefa vermək haqda düşünmür.
O, tamamilə yuxarıda göstərilən problemin həllinə yönəlib.
Joan Laporta 2021-ci ilin martında "Barselona"nın prezidenti vəzifəsinə seçilib.
O, həmçinin 2003-2010-cu illərdə kluba rəhbərlik edib.