EN

Cənubi Koreya polisi ölkə prezidentini həbs etməyəcəyini bildirib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya polisi Prezident Yun Sok Yolun həbsini öz üzərinə götürməkdən imtina edib.

Yüksək vəzifəli məmurlara qarşı antikorrupsiya araşdırmaları idarəsi prezidenti həbs etmək hüququnu Koreya Respublikasının polisinə verməyə cəhd göstərsə də, polis sistemi həbs orderini təkbaşına həyata keçirmək məsuliyyətini öz üzərinə götürməyib.

Bu barədə "Yonhap" agentliyi məlumat verib.

Hərbi vəziyyət hadisələrinin araşdırmaları ilə məşğul olan xüsusi istintaq qrupunun açıqlamasında, Antikorrupsiya İdarəsinin həbs orderini həyata keçirmək göstərişinin əks olunduğu bildirişinin hüquqi cəhətdən mübahisəli məzmuna malik olduğu bildirilir.

Hürr Tərcüman

 

Chosen
56
hurriyyet.az

1Sources