Bastrıkin Stavropol vilayətində erməni diasporunun müəllimlərə qarşı təhdidlərini nəzarətə götürüb.
“Rusiya İstintaq Komitəsinin sədri Stavropol diyarının sakinlərinə qarşı “qanunsuz hərəkətlər”lə bağlı aparılan istintaqın gedişi barədə məlumat verməyi tapşırıb.
Sosial şəbəkələrdə xəbər verilir ki, Predqornı bələdiyyəsinin Essentukskaya kəndindəki məktəblərdən birində bəzi şagirdlər başqa dövlətin dövlət bayraqlarını nümayiş etdirərək dalğalandırıblar. Müəllimlər bayraqları yeniyetmələrin əlindən aldıqdan sonra onlara naməlum şəxslər tərəfindən təhdidlər gəlməyə başlayıb. Bundan əlavə, diaspor icmalarının nümayəndələri müəllimlərin işdən çıxarılması tələbi ilə müxtəlif orqanlara şikayətlər göndərirlər.
Faktla bağlı prosessual yoxlama aparılır (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282, 213-cü maddələri)”, – İstintaq Komitəsinin məlumatında deyilir.
Qeyd edək ki, diskotekada bir neçə yeniyetmə Ermənistan və Yunanıstan bayraqlarını dalğalandırıb. Müəllimlər bayraqları götürüblər, bundan sonra onlara qarşı təhdidlər başlayıb.