EN

Hindistan tezliklə Fransadan qırıcı təyyarələrin alınmasını müzakirə edəcək

Hindistanın Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi yaxın həftələrdə Fransadan 26 "Rafale" dəniz gəmisi döyüş təyyarəsi almaq və birgə üç "Scorpene" sinifli sualtı qayıq tikmək təklifini nəzərdən keçirməyi planlaşdırır.

 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Hindu” nəşri məlumat yayıb.

Əməliyyat məbləğinin on milyard dollardan çox olduğu qeyd edilib.

"İki razılaşmanın yaxın bir neçə həftə ərzində təsdiq olunmaq üçün Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsinə təqdim edilməsi gözlənilir", - qəzetin mənbələri bildirib.

Hindistanın baş naziri Narendra Modi fevralda Parisə səfər etməyi planlaşdırır.

Chosen
67
2
operativmm.az

5Sources